Tabloid.az
Gənc alimlərin müsabiqəsi başa çatıb
Əsrin müqaviləsi” böyük neft sazişinin imzalanmasının 20 illiyi münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gənc alimləri arasında elan olunmuş müsabiqənin nəticələri məlum olub.
Akademiyadan Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə keçirilmiş müsabiqə neft-qaz və neft-kimya sahəsində fundamental, həmçinin tətbiqi tədqiqatlarda fəal olan gənc alimlərin elmi araşdırmalarını stimullaşdırmaq, onlara geniş imkanlar yaratmaq məqsədi daşıyır.
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə yaradılmış komissiyaya 27 gənc alim elmi nəticələrini təqdim edib. Komissiya gənc tədqiqatçıların nailiyyətlərini ekspertizadan keçirərək qiymətləndirib. Sonda 19 nəfər 3 kateqoriya üzrə mükafata layiq görülüb.
Qeyd edək ki, 1-ci yer 3000, 2-ci yer 2000, 3-cü yerin mükafatı isə 1000 manatdır.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin