• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Tanınmış aktrisadan şok etiraf: “Otaq yoldaşım məni ərimdən ayırdı”

Tanınmış aktrisadan şok etiraf: “Otaq yoldaşım məni ərimdən ayırdı”

Musiqili Komediya Teatrının aktrisası, Keyxanım kimi tanıdığımız aktrisa şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Publika.az-ın məlumatına görə, aktrisa vaxtilə otaq yoldaşı tərəfindən ailəsinin dağıldığını deyib: “8 ildir ki, həyat yoldaşımdan ayrılmışam. 23 yaşım vardı, bir yerdə işlədiyim bir oğlan tərəfindən sevildim. Bir il yarım nişanlı qaldıq, sonra toyumuz oldu. Hər şey çox yaxşı idi, xoşbəxt yaşayırdıq. Bir ildən sonra ildırımlar çaxdı, hər şey alt-üst oldu. Boşandıq. Çünki gedən adamı yola salmaq lazımdır. İndi buna görə heç peşman da deyiləm”.

Amma aktrisa buna görə zamanında çox depressiyaya düşdüyünü bildirdi: “Demək olar ki, özümə gələ bilmirdim. Çox pis depressiya yaşadım. Özümə fikir vermirdim, sanki həyat mənim üçün mənasını itirmişdi. Müəllimim, xalq artisti Afaq Bəşirqızı məni, demək olar ki, silkələdi, dedi ki, bir özünə bax, gör nə haldasan. Yaxın rəfiqəm aktrisa Tünzalə Əliyeva mənə həmin vaxt bir mesaj yazdı, indi də onu saxlayıram. Dostların köməyi nəticəsində ayağa qalxdım və keçmişin üzərindən xətt çəkdim”.

Hazırda özünü xoşbəxt saydığını deyən aktrisa həyatını dağıdan o qadına da minnətdar olduğunu gizlətmədi: “Mən indi o qadına çox sağ ol deyirəm ki, bizi ayırdı. O qadın mənim otaq yoldaşım idi”.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR