Azərbaycanlı milyarder infeksiyaya yoluxdu - FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı milyarder infeksiyaya yoluxdu - FOTO

Ötən il dekabrın 17-dəki əməliyyatda saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabın sağlamlığında problem var.

Türkiyə mətbuatı yazır ki, “Yolsuzluq və rüşvət” əməliyyatının qurbanlarından olan Zərrab beş gündür Qayrettepedəki bir xəstəxanada həkim nəzarətindədir. Azərbaycanlı iş adamının öd kisəsindən əməliyyat olunduqdan sonra infeksiyaya yoluxduğu məlum olub.

Qeyd olunur ki, Ebru Gündeş həyat yoldaşının ağır günlərində onu yalnız buraxmayıb. Qayrettepe xəstəxanasının tibbi personalına Zərrabın həmin səhiyyə ocağında müalicə olunduğu xəbərini maksimum dərəcədə qorumaq tapşırığı verilsə də, xəbər mətbuata sızıb.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm