Fərhad Bədəlbəyli özbəklərə konsert verəcək
Bizi izləyin

Tabloid.az

Fərhad Bədəlbəyli özbəklərə konsert verəcək

Azərbaycanın və Özbəkistanın dövlət müstəqilliklərinin 23-cü ildönümü münasibətilə oktyabrın 26-da Özbəkistan Dövlət Konservatoriyasında SSRİ xalq artisti, professor Fərhad Bədəlbəylinin konserti olacaq.


Publika.az-ın məlumatına görə, konsert Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunacaq. Konserti xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri müşayət edəcək.

Fərhad Bədəlbəyli konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üvertura, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın “Ərəb mövzusunda fortepiano üçün konsert”, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Qara Qarayevin “Yeddi gözəl” baletindən süita və Nurulla Zakirovun “İstadim” vocal-simfonik poemasından fraqmentləri ifa edəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm