Azərbaycanın məşhur qrupu 20 yaşını qeyd etdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanın məşhur qrupu 20 yaşını qeyd etdi - FOTOLAR

“Rast” qrupunun oktyabrın 21-də Heydər Əliyev Sarayındakı konserti musiqisevərlər tərəfindən hərarətlə qarşılanıb və onlara xoş anlar yaşadıb.


Publika.az-ın məlumatına görə, qrupun 20 illik yubileyinə həsr olunmuş konsert “Bakı Beynəlxalq Caz Festivalı – 2014” çərçivəsində təşkil edilib.


Konsertdə qrupun hit mahnıları yeni ifa, aranjeman və orkestr interpretasiyasında təqdim olunub. Həmçinin Amerika, Avropa cazı, latın melizmaları, disko və replə improvizə edilmiş bəstələr səslənib. “Rast” qrupunun çıxışı tamaşaçı alqışları ilə müşayiət olunub.


Qeyd edək ki, 1993-cü ildə yaradılan qrupun bədii rəhbəri əməkdar artist Rəşad Haşımovdur. Azərbaycan estradasında ən uğurlu layihələrdən olan “Rast” qrupu caz və milli musiqinin məharətli sintezi sayəsində qısa müddətdə geniş tamaşaçı auditoriyası qazanıb.


Müxtəlif xarici ölkələrdə musiqi həvəskarlarının ürəyinə yol tapan qrup dünyanın aparıcı mədəniyyət mərkəzlərində - London, Cenevrə, Sinqapur, İstanbul, Moskva və digər şəhərlərdə Azərbaycan incəsənətini layiqincə təmsil edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm