Zöhrə Abdullayevaya elçi göndərən kişi kimmiş? - FOTO
Bizi izləyin

Tabloid.az

Zöhrə Abdullayevaya elçi göndərən kişi kimmiş? - FOTO

Əməkdar artist Zöhrə Abdullayeva şəxsi həyatı ilə bağlı hər kəsi təəccübləndirəcək açıqlamalar verib.

Publika.az-ın məlumatına görə, xanım sənətçi “Oturduğumuz yerdə” verilişində həyat yoldaşından ayrılandan sonra aldığı evlilik təkliflərindən danışıb: “İkinci bahar yaşamaq istədim, amma alınmadı. Bir nəfər kişi mənə evlənmək təklifi etdi, evimə elçi də göndərdi. Onda artıq mənim böyük oğlum vardı. Amma mən də baxıb araşdırdım. Gördüm ki, yaxşı adam deyil, gəzəyəndir.

Tamaşaçılar birdən məni düzgün başa düşməz, mən o kişi ilə nə görüşdüm, nə də gəzdim. Biləndə ki, yaxşı adam deyil, təklifini qəbul etmədim. O ikinci baharı yaşamaq da elə birinci bahar kimi bir şey olacaqdı. Çünki mənim heç birinci baharım da olmayıb”.

Zöhrə Abdullayeva, ümumiyyətlə, ailə qurmaq istəmədiyini bildirdi: “Mənim evimdə böyük oğlum var. Buna görə də ailə qurmaq mənə yaraşmaz”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm