"Volqa çayının ətrafı qədim zamanlardan türklərin vətəni olub"
Bizi izləyin

Tabloid.az

"Volqa çayının ətrafı qədim zamanlardan türklərin vətəni olub"

Folklor İnstitutunun əməkdaşı Rusiya Federasiyasının Saratov şəhərində keçirilən “Böyük Volqa folkloru” konfransında iştirak edib

İnstitiutdan Publika.az-a verilən məlumata görə, konfrans “2014-mədəniyyət ili” çərçivəsində RF Mədəniyyət Nazirliyi Dövlət Rus Folkloru mərkəzi, N.Q.Çernışevski adına Saratov Dövlət Universiteti, L.V. Sobinova adına Saratov Dövlət Konservatoriyası, Saratov Vilayət İncəsənət işçiləri evi tərəfindən təşkil edilib.

AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilin “Türk və slavyan folklorunda çaydan keçidin ritual-mifoloji semantikası” adlı məruzəsi ilə çıxış edib.

Çıxışda qeyd olunub ki, Volqa çayının ətrafı qədim zamanlardan slavyanların, türklərin, fin-uqorların və başqa xalqların vətəni olub və çay bu xalqların mədəniyyətlərinin inteqrasiyasında mühüm rol oynayıb. Volqa Rusiyanın bir çox rayonlarını dolaşır və nəhayət, Xəzər dənizinə tökülr. Ən qədim zamanlardan Xəzər hövzəsində yaşayan türk xalqları Volqa ilə tanışdırlar. Volqanın indi daha çox istifadə olunan adlarından bir neçəsi də əski türklərin adları ilə bağlıdır.

Çıxışda o da qeyd olunub ki, “Böyük Volqanın mənəvi məzmunu onun fiziki ölçülərini ötüb keçir. Slavyan və türk xalqalarının qədim zamanlardan dost və qardaşca yaşadığı Böyük Volqa və Xəzər mənəvi məkanında ortaq dəyərləri formalaşıb və bu dəyərlər özünün əksini folklorda tapıb. Volqa xalqları və mədəniyyətləri birləşdirir, ortaq mənəvi dəyər konseptinin formalaşmasında iştirak edir, dostluğa, qardaşlığa, həmrəyliyə yardım edir, keçmişin ortaq mənəvi dəyərlərini gələcəyə daşıya bilmək üçün əlaqələndirici, vasitəçi və koordinasiyaedici rolunu bu gün də saxlayır.

A.Xəlil məruzəsində türk və slavyan xalqlarının folklorunda müşahidə olunan arxaik çaydan keçid ritualının rudimentlərini müqayisəli-tipoloji şəkildə təhlil edib, oxşar və fərqli xüsusiyyətləri ənənəvi mədəniyyətin qanunayuğunluqları kontekstində aydınlaşdırıb. Konfrans Volqaboyu rayonların folklor kollektivlərinin çıxışlarından ibarət festivalla yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm