Alim Qasımov qızı ilə Meksikada konsert verir
Bizi izləyin

Tabloid.az

Alim Qasımov qızı ilə Meksikada konsert verir

Muğam ustası Alim Qasımov və qızı Fərqanə Qasımova Meksikanın müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış edirlər.

Sənətkarın ailəsindən verilən məlumata görə, Alim Qasımov və Fərqanə Qasımova Quanaxuato şəhərində ölkə üzrə hər il keçirilən məşhur Beynəlxalq Servantino Festivalında, eləcə də Mexiko şəhərinin “Şəhər Teatrı”nda çıxış ediblər. Sənətçilərimiz Merida şəhərinin Peon Kontreras de Merida Teatrında (“Teatro Peon Contreras de Merida”) və Quadalaxara şəhərinin Deqoyado de Teatrında (“Teatro Degollado de Guadalajara”) daha iki konsert proqramı ilə çıxış edəcəklər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm