Türkiyə bu filmi gözləyir – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türkiyə bu filmi gözləyir – FOTOLAR

Rejissor Oğuz Çelikin çəkdiyi “Tut sözünü” adlı film Türkiyədə maraqla gözlənilir.

Publika.az qardaş ölkə mətbuatına istinadən bildirir ki, baş rollarını Kemal Uçar, Giray Altınok, Burak Serdar Şanal, Ayla Algan, Erkan Can, Zafer Algöz və Bülent Polatın oynadığı ekran işində yetərincə maraqlı hadisələr cərəyan edir.

Yalçın və Bahadır çox yaxın dostdurlar. Yalçın nə qədər dələduz və etibarsızdırsa, Bahadır bir o qədər sakit və istiqanlıdır. Bir-birlərinə heç bənzəməsələr də, bu iki şəxs arasında sağlam dostluq münasibətləri hökm sürür. Anacaq bu münasibət Yalçının ölümüylə nəticələnir. Bir müddət sonra Bahadırın qapısı döyülür və o, qarşısında Yalçını görür. Amma bu, bir xəyalətdir. Gələn isə təkcə Yalçın deyil. Onun yanında italyan gimnast Bernardo da var…

“Avropa yakası” serialında Seyhsuvarı canlandıran Bülent Polat bu filmdə yetərincə marjinal bir xarakteri oynayır.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm