• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Fazil Saydan Türkiyə hökumətinə: “Qorxma, bu, sadəcə, musiqi əsəridir”

Fazil Saydan Türkiyə hökumətinə: “Qorxma, bu, sadəcə, musiqi əsəridir”

Dünyaşöhrətli pianoçu-bəstəkar, 2008-ci ildə Avropa Birliyinin mədəniyyət səfiri adına layiq görülmüş Fazil Say Prezident Administrasiyası Simfonik Orekstrini konsertlərinin nazirlik tərəfindən proqramdan çıxarılması bağlı Türkiyə hökumətinə məktub yazıb.

Publika.az Fazil Sayın Türkiyə hökumətinə məktubunu təqdim edir:

Cənab Baş nazir, cənab Mədəniyyət naziri və bütün dövlət adamları,

Sizə bu məktubu Pekindən yazıram. Bu axşam Çində konsertim var. Proqramda öz əsərlərim olacaq. Mən Yaponiya turnirində olan zaman üç əsərim Ankarada proqramdan çıxarılıb. Bu hadisə Türkiyədə və dünyada təpki ilə qarşılanıb. Heç də xoş bir vəziyyət deyil. Sizə demək istədiklərim var. Ümid edirəm, oxuyarsınız və bir insanı anlamağa çalışarsınız...

Nə vaxt “güclü” olmaq olar, bilirsinizmi? Şərqin və qərbin sintezini ən yaxşı şəkildə etdiyin zaman. Ankarada qadağan edilən “İstanbul Simfoniyası” əsəri elə buna görə dünyanın hər yerində çalındı. Hələ keçən həftə də Tokio Simfonik Orkestri də bunu ifa etdi. “İstanbul Simfoniyası” 80 nəfərlik qərb orkestrinin qabağında ney, kanon, qaval, qoşa nağara ilə çalınan bir əsərdir. İstanbulu musiqi ilə izah edir. Əsərin sözləri yoxdur. 2010-cu ildə ilk dəfə səslənməsinədən sonra dünya üzrə 50-dən çox orkestr bu əsəri repertuarına daxil edib. Demək olar ki, bütün Türkiyə orkestrləri də bunu ifa edib. Bu əsərlə mən “ECHO 2013” klassik mükafatını qazandım. Bu, klassik musiqidəki ən ciddi mükafatlardan biridir. Əsər hələ indən sonra da çox ifa olunacaq.

Bununla fəxr etməyi bacar. Qorxma bundan. Bu əsər, sadəcə, musiqi əsəridir. Gəl bütün dünyada təəccüb və nifrət yaradan bu “qadağaçı” mövqeyini dəyişdir. Dağıdıcı olma. Gəl bu əsəri ankaralılar da dinləyə bilsin. İmkan ver kim nəyi sevirsə sevsin. Dəstək ol buna. Dünya bu “qadağaçı” mövqeyini sadəcə qınaqla qarşılayır. Bir musiqiçini hökumət boykot edəndə bu, Türkiyədə də kiməsə yaxşı təsir eləmir.

Qorxma sənətdən, sənətçilərdən. Qarşındakı “hərbi qüvvə” filan deyil. Qarşındakı musiqiçi, aktyor, rəqqas... insan... sadə vətəndaşdır...

İllərdir qarşı-qarşıya gəldik. Bu hökumətlə heç cür ulduzumuz barışmadı. Başqa senzuralar, konsertlərin ləğv edilməsi həmişə bizi üz-üzə gətirdi. Həmişə yad birisi kimi qarşılıq gördük.

Fazil Say dünya üzrə hər il 100-130 konsert verir. İstəyirsən araşdır. “Kimdir bu?” deyə bircə dəfə belə olsa bax, anlamağa çalış. Bir Türkiyə vətəndaşıdır. Bütün əsərlərinin mövzusu Türkiyə olan bir musiqiçidir. Hər il 30-dan çox ölkədə 100-130 konsert verir. Bax 3-4 konsertimi ləğv edincə nə mənim üçün bir şey dəyişir, nə də başqası üçün. Sadəcə, bu mövqe təəccüb və qınaqla qarşılanır. İstədiyin budurmu? Bu ölkə on illərdir yanlışlar üzündən itirmədimi? Dünyada bir çox musiqi adamı var. Aralarında dinlərə inananı, inanmayanı, buddist, deist, ateist olanı var. Heç kim musiqi insanını buna görə sorğulamır. Açıq danışaq.

Türkiyənin dünya üzrə tanınan bir neçə sənətçisi var. Və bu səviyyəyə bəxtə-xuda gəlib çıxmaq olmur. Yarışmalar qazanılır, mükafatlar əldə olunur, dünya üzrə yüzlərlə şəhərdə minlərlə konsert verərək, on illərlə davam edən zəhmətin qarşılığında bu səviyyəyə çatmaq olur. Və bu da heç asan deyil.

Lütfən bircə dəfə də olsa anlamağa çalışın.

Sayğılarla

Fazil Say

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR