Müğənni bir mesaja görə sevgilisindən ayrıldı – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Müğənni bir mesaja görə sevgilisindən ayrıldı – FOTOLAR

Xalq və bəstəkar mahnılarının ifaçısı Vüsalə Rəcova bu gün "Sevməyi öyrədim" (musiqisi Rəşad Bağırov, sözləri Vüsalə Rəcova) adlı mahnısının və eyniadlı klipinin təqdimatını etdi.

Publika.az-ın məlumatına görə, teleaparıcı Şəhriyar Əbilovun aparıcılığı ilə keçən tədbirdə klip və disk KİV-ə və sənətçi xanımın musiqiçi qonaqlarına təqdim edilib.

Klipin mövzusu gündəmə uyğun seçilib. Qızın sevgilisinin telefonuna gələn bir mesaj cütlüyü bir-birindən ayırır. Kadrlarda sevdiyi insanı xatirələrdə xatırlayan müğənni onu bağışlamır. Qeyd edək ki, Kənan MM 5 illik fasilədən sonra klip yaradıcılığına Vüsalə xanımın təklifi ilə davam edib.

Vüsalə Rəcovanın ilk klipini uzun zaman öncə ekranlaşdıran Kənan MM onun növbəti təklifi ilə öz qadağasına xitam verib. Xanım sənətçi ilə olan dostluğunu dəyərləndirərək, kamera arxasına keçib.

Kadrları istedadlı operator Bəhruz Əliyev lentə köçürüb.

Milli Konservatoriyanın nəzdində musiqi kollecinin məzunu olan sənətçi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alır. Bu cameədə çalışan tanınmış xanəndələr və musiqiçilər də təqdimata qatılıblar. Arif Babayev, Mənsum İbrahimov, Niyaməddin Musayev, Babək Niftəliyev, Təyyar Bayramov, Aşıq Zülfiyyə, Mirkamil Kamilov, Rövşən Əziz və digər tanınmışlar Vüsalə xanımın sənəti, təqdimatı çıxarılan klip və diski haqqında ürək sözlərini ifadə ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm