Tabloid.az
Kamal Abdullayevə mükafat verilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxana – İnformasiya Resursları Məzkəzində (MK–İRM) görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin 150 və görkəmli türkoloq-dilçi alim, akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunan “Sələflər və xələflər” birinci beynəlxalq simpoziumu işə başlayıb.
Publika.az-ın məlumatına görə, Simpoziumda Türkiyə, Qazaxıstan, Polşa, Albaniya, Ukrayna, Əfqanıstan, Özbəkistan, Böyük Britaniya və Bolqarıstandan olan nümayəndələr iştirak edirlər.
Tədbiri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev bildirib ki, “Sələflər və xələflər” beynəlxalq simpoziumunun əsas məqsədi türk dünyasının görkəmli dilçilərini yeni nəslə tanıtmaq, türk dünyasının müxtəlif nəsillərdən olan nümayəndələrini, xüsusilə gənc dilçiləri bir araya gətirmək, onları sələflərin elmi irsi ilə tanış etmək, xələflərlə görüşdürmək, eyni zamanda, təcrübə mübadiləsi aparmaq, milli dəyərləri, elmi nailiyyətləri dünyaya təqdim etmək və beynəlxalq əməkdaşlığı genişləndirməkdir.
Simpoziumun növbəti hissəsində Dilçilik İnstitutunun təsis etdiyi akademik Məmmədağa Şirəliyev adına mükafatın təqdimat mərasimi keçirilib. Mükafatın ilk laureatları türkiyəli professor Zeynəb Korkmaz və akademik Kamal Abdullayev olublar.
Tədbirdə türkiyəli professorlar Şükrü Haluk Akalın, Zeynəb Korkmaz, Həmzə Zülfikar, Mustafa Önər, Yavuz Akpinar, bolqarıstanlı professor Zoya Barbolova və başqaları çıxış edərək dilçi-türkoloq alimlərin təcrübələrindən yaralanmaq baxımından simpoziumun əhəmiyyətini vurğulayıblar. Hər iki alimin türkologiya elminin inkişafına verdiyi töhfələrdən danışıblar.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin