Kamran Həsənlidən “indeyski” səhv - FOTO/VİDEO
Bizi izləyin

Tabloid.az

Kamran Həsənlidən “indeyski” səhv - FOTO/VİDEO

Tanınmış müğənni Qədir Məmmədov (Qızılsəs) şoumen-teleaparıcı Kamran Həsənli aparıcısı olduğu “Günəbaxan” verilişinin qonağı olub. Sənətçi “Zeynəbim” adlı mahnını ifa edib. Müğənninin ifası bitdikdən sonra şoumenlə müğənni arasında belə bir dialoq olub.

Kamran Həsənli:

- Bu məhnının, məncə, 30-dan çox yaşı var.

Qədir Məmmədov:

- Otuz da olmasa, 25 var.

- Mahnını kim yazıb?

- Mahnının, demək olar ki, müəllifi yoxdur.Yəni özümüz düzəltmişik də…

- Siz təvazökarlıqdan demək istəmirsiniz…

- Mən bəstəkar deyiləm. Yəni mənimçün ayıbdır. Amma mahnı sevilir, Kamran. Əsas tamaşaçıdır da.

- Kaş ki bizim bir çox insanlarımızda belə təvazökarlıq olaydı. Vaxtilə bu mahnı bütün Azərbaycanda çox dəbdəydi. İndi də dəbdədir, toylarda, düyünlərdə “Zeynəbim”i istəyirlər. Əziz Azərbaycan vətəndaşı, bu mahnının müəllifi, bəsətkarı Qədir Qızılsəs. Alqış gəlsin Qədir Qızılsəsə.

Verilişdən sonra məşhur sənət adamlarımızdan biri əməkdaşımızla əlaqə saxlayaraq, sözügedən mahnının bəstəkarının Qədir Məmmədov olmadığını bildirib:

“Kamran konservatoriya bitirib və musiqini bilir. Ola bilməz ki, o, qəsdən səhvə yol versin. Çox güman ki, o, bu mahnının məşhur hind filmi “Sən mənim həyatımsan”dan olduğunu bilməyib. Sadəcə, Qədirin oxuduğu variantda mahnının ritmi dəyişdirilib. Düzdür, Qədir yaxşı sənətçidir, amma belə yanlışlıqlara yol vermək olmaz”.

Publika.az olaraq həm Kamran Həsənlinin, həm də Qədir Məmmədovun mövqeyini də dərc etməyə hazırıq. Müqayisə üçün hər iki versiyanı sizə təqdim edirik.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm