Azərbaycanlı aktyor: “Gülnaza görə saçımı qırxdırdım”
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı aktyor: “Gülnaza görə saçımı qırxdırdım”

Dövlət Musiqili Teatrı dahi Ü. Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasının premyerasını təqdim edəcək.

Tamaşada Məşədi İbad obrazını Əmkdar artist Şövqi Hüseynov canlandıracaq.

Publika.az-a bu barədə danışan aktyor maraqlı açıqlamalar verib. “Bildiyiniz kimi indiyə qədər Məşədi İbadı Mirzağa Əliyev, Əliağa Ağayev, Lütfəli Abbdullayev, Hacıbaba Bağırov kimi görkəmli sənətkarlarımız oynayıblar və məhz onların misilsiz ifaları sayəsində tamaşaçılarımızda bir klassik Məşədi İbad obrazı formalaşıb. Onlardan sonra bu obrazı canlandırmaq hər bir aktyordan böyük məsuliyyət tələb edir. Teatrın direktoru Əliqismət Lalayev məni bu rola dəvət edəndə hansı yükün altına girdiyimi anlayırdım. Mənim oynadığım Məşədi İbad klassik deyil, tamamilə yeni, fərqli bir obraz olacaq. O, çirkin, kifir, yekəqarın, qoca deyil. Gülnaza görə yaşlı olsa da, pəhriz saxlayan, tacir, orta yaşlarında bir kişidi. Mən pariksiz saçımı qırxdırmışam – cavan Məşədi İbadı oynayacağam. Mənə elə gəlir ki, klassik obrazdan çıxmağı, təsəvvür etdiyim Məşədi İbadı oynamağı bacarmışam”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm