Şakiranın ombaları Kolumbiyaya baha başa gəldi - VİDEO
Bizi izləyin

Tabloid.az

Şakiranın ombaları Kolumbiyaya baha başa gəldi - VİDEO

Vətəni Kolumbiyadan olan bir siyasətçi “pozğun və vulqar” mahiyyətinə görə, Şakiranın son klipinə qadağa qoyulmasını tələb edir.

“Səni unutmaq üçün xatırlaya bilmirəm” (“Can’t remember to forget you”) klipinə Şakira Rihanna ilə birgə çəkilib. Videoda Şakira ombalarını oynadaraq fırlanır və yataq səhnəsini Rihanna ilə bölüşərək siqaret çəkir.

Boqota konqresmeni bu klipin Kolumbiya televiziyası tərəfindən qadağan olunmasının tərəfdarıdır, çünki uşaqların mənəvi bütövlüyünü korlayan siqaret və yataq səhnələri qanuna ziddir. Konqresmen sosial mediada kampaniya keçirirək bildirib ki, video siqaret çəkməyi və lezbianlığı təbliğ edir. Konqresmen qeyd edib ki, Şakira Kolumbiyada populyar olmaqla yanaşı, həm də sevilən sənətkardı.

Konqresmenin iddialarına Şakira hələki heç bir cavab verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm