
Gənc dirijor Əyyub Quliyev Belarus Respublikası Milli Akademik Opera və Balet Teatrının orkestrini idarə edəcək. Bu barədə Publika.az-a dirijor özü bu barədə məlumat verib.
Noyabrın 13-də bu teatrın səhnəsində Cüzeppe Verdinin “Traviata”
operası göstəriləcək. Həmin tamaşada orkestrin dirijoru həmyerlimiz
olacaq.
Qeyd edək ki, Əyyub Quliyevin bundan əvvəl də Belarus Respublikası
Milli Akademik Opera və Balet Teatrında çıxışı olub. Bir müddət
əvvəl böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə”
baletinin həmin teatrda premyerasına da Ə.Quliyev dirijorluq
edib.
Cəvahir