Tabloid.az
Təranə Qumral rəqqasə Fatiməni məhkəməyə verdi - ÖZƏL
Rəqqasə Fatimə Fətəliyevanın “Xəbərsizsinizmi” verilişində müğənni Musa Musayev və Təranə Qumral cütlüyü barədə səsləndirdiyi fikirlər onu məhkəmə qarşısına çıxaracaq. Müğənni Təranə Qumral bu barədə Publika.az-a açıqlama verərək bildirib ki, artıq bu gün məhkəməyə müraciət edib:
“Nərimanov Rayon Məhkəməsinə müraciət etmişik. Şərəf və ləyaqətimi alçaltdığına görə ondan üzr istəməsini və 100 min manat təzminat tələb edəcəyik”.
Qeyd edək ki, rəqqasə sözügedən verilişdə Musa Musayev və Təranə
Qumralı nəzərdə tutaraq, bu cür sənət adamlarının şou-biznes
nümayəndələrinin adına ləkə olduğunu bildirmişdi:
“Şou-biznes adamlarına heç kim ciddi yanaşmır. Buna da bəzi
müğənnilər səbəb olub. Bir müddət əvvəl ər-arvad olan
müğənnilərimiz çıxdı. Adlarını belə çəkmək istəmirəm. Ər arvada
nələr dedi, arvad ərin ünvanına necə sözlər söylədi. Sonra da çıxıb
barışdılar. Ayıbdır... Onlara yaşlı insanlar, uşaqlar baxır.
Biabırçılıq idi. Biz efirdə çıxıb belə həyasızcasına danışsaq, hamı
da bizə birtəhər baxacaq”.
Publika.az olaraq məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
İntiqam VALEHOĞLU
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı