Azərbaycanlı müğənni atasına ev aldı
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənni atasına ev aldı

Müğənni Elçin Cəfərov valideynlərinə sürpriz edib.

Publika.az-ın məlumatına görə, müğənni uzun illərdən bəri ürəyində olan arzusunu reallaşdırıb və ata-anasına mənzil alıb: “Həmişə arzulayırdım ki, qazancım o həddə çatsın, valideynlərimə ev ala bilim. Allah bu imkanı mənə verdi və mən arzumu reallaşdırdım. Onlar mənim üçün çox əziyyətdən keçiblər. Qoy övladları tərəfindən də sevinsinlər”.

Onu da öyrəndik ki, hələ Elçinin ayrıca evi yoxdur: “Əsas valideynlərimdir. Onlara ev aldım. Sonra imkan olsa, özümə də alaram”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm