Rəqsanəylə müqayisə olunmağına hirsləndi –VİDEO
Bizi izləyin

Tabloid.az

Rəqsanəylə müqayisə olunmağına hirsləndi –VİDEO

İlk mahnısı və klipi ilə diqqət çəkən müğənni Hicran Selcan həmkarı Rəqsanəyə bənzədilməsindən narazılıq edib.

Hətta bəziləri onu Rəqsanənin bacısı belə hesab ediblər. Publika.az-ın məlumatına görə, Hicran, Rəqsanə ilə heç bir qan bağlılığı olmadığını açıqlayıb. Bildirib ki, nəinki Rəqsanənin bacısı deyil, ümumiyyətlə, ona bənzərliyi yoxdur: “Sənətə Hicran kimi gəlmişəm. Fərqli ifam və görünüşüm var. Peşəkar insanlarla çalışıram. Üstəlik, vijazistim Gülşən xanım məni əsla hansısa müğənniyə bənzətməz. Üstəlik, Rəqsanəyə bənzəmək mənim üçün prestij hesab olunmur. Bunu təhqir mənasında demirəm. Sadəcə, nəinki Rəqsanəyə, ümumiyyətlə, hansısa tanınmışa bənzədilməyimi müsbət hal kimi qarşılamıram”.

Xatırladaq ki, Hicran Selcan az müddət əvvəl sözləri və musiqisi Azər Nəsibovun olan “Günahkardır qəlbimiz” adlı mahnısına klip çəkdirib. Mahnı, klip və ifa dinləyicilər tərəfindən yüksək qarşılanıb. Həmin klipi diqqətinizə çatdırırıq.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm