• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ADP sədri Məleykə Əsədovaya od püskürdü: "Kişi manikür-pedikür etdirməz"

ADP sədri Məleykə Əsədovaya od püskürdü: "Kişi manikür-pedikür etdirməz"

Xalq artisti Məleykə Əsədovanın "Kişi də manikür-pedikür etdirməlidir, üz dərisinə baxmalıdır" sözlərinə tanınmış sənət və siyasət adamları münasibət bildirib.

“Onları kişi saymaq olmaz”

Müğənni Manaf Ağayevin sözlərinə görə, manikur -pedikür etdirən kişi qadından fərqlənmir:

“Kişi hamamda dırnağını təmizləyirsə, bu aydındır. Yoxsa, qızlar kimi gedib qadın salonunda üzünü dartdırıb, qaşını aldırırsa, buna mən yaxşı baxmıram. Onları kişi adlandırmaq olmaz. Kişi manikür- pedikür etdirməz. Bütün bunları qadın etdirir. İki cür kişilərimiz var.

Mən kənddə böyüyüyən kişilərdənəm. Dədəmdən və babamdan belə şeylər görmədim. Kişi səliqəli olar, dırnağın tutar, saçını düzəltdirər və s. Yoxsa, bütün günü qadın salonunda manikur-pedikür etdirirsə, onun qadından nə fərqi?”

Yusif Mustafayev hansı dünyanın adamıdır?

Müğənni Yusif Mustafayev isə Xalq artistinin bu fikirlərindən xəbərdar olan kimi əsəbiləşdi və xahiş etdi ki, onu bu cür söhbətlərə qarışdırmayaq:

“Sənin başına dönüm, məni belə söhbətlərdən uzaq elə. Mən ayrı dünyanın adamıyam. Bu cür söhbətlər mənlik deyil”.

“Dodağını şişirdən kişidən hansı qadın ləzzət alar?”

Xalq artisti Məleykə Əsədovanın səsləndirdiyi fikirlərə müğənni Əli Mirəliyevin münasibəti isə daha sərt oldu. O bildirdi ki, bir qadının belə fikir səsləndirməsi onun özündə kişiləşmə prosesinin getməsini göstərir:

“Onda da bəyəm kişiləşmə gedir? Belə fikirləri ancaq kişiləşmə prosesi gedən insanlar deyə bilər. Azərbaycan xalqı başını itirib. Bir az pulları çoxalan kimi ağızlarına gələni danışırlar. Onların qarşısına hədd qoyan yoxdur. Qadın elə kişinin kişiliyindən feyziyab olmalıdır.

Əgər kişinin əlində manikür- pedikür varsa, qadın ondan necə feyziyab olacaq? Dodağını şişirdən, qulağında sırğa olan kişidən hansı qadın ləzzət alar? Qadının gözəlliyi onun dünyaya baxışındadır. Kişinin əli kobud olmalıdır”.

“İnsanlar bir-birinə vizual olaraq gözəl görünməlidir”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə açıqlamasında bildirdi ki, bu gün cəmiyyətin əsas tələblərindən biri kişinin də geyinib-bəzənməyidir:

“Kişi saçlarını daramalı, təmiz geyinməli və ətirlənməlidir. Peyğəmbərimiz də həmişə ətir vurub. Bunu da bütün islam kişilərinə tövsiyə edib. Bəzi kişilər bu gün bərbərxanaya gedib piyini götüzdürür, manikür- pedikür etdirir. Bunlara qlamur kişilər deyirlər. Amma bu, bütün kişilərə şamil edilə bilməz.

Məsələn, mən həmişə odikolondan istifadə edirəm, çalışıram ki, paltarlarım səliqəli olsun. İnsanlar bir-birinə vizual olaraq gözəl görünməlidir. Bu cəmiyyətin əsas şərtlərindən biridir. Qadınların maskalanması var. İndi kşilərin maskalanmasına ehtiyac yoxdur. Amma hansı kişi ki, maskalanır, ona da pis baxmaq olmaz”. /axşam.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR