Elmin İnkiş Fondu "sənaye qrantı” müsabiqəsini elan edib
Bizi izləyin

Tabloid.az

Elmin İnkiş Fondu "sənaye qrantı” müsabiqəsini elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ölkədə sənayenin inkişafı sahəsində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi üçün “Sənaye qrantı” müsabiqəsini elan edib.

Publika.az-ın məlumatına görə, Fondun mətbuat xidmətindən bildiriblər ki, yeni qrant müsabiqəsi “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli Sərəncamına uyğun olaraq, ölkə sənayesinin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, iqtisadiyyatın sənayeləşməsinin sürətləndirilməsi, sənayenin inkişafı üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsinə yönəlmiş əhəmiyyətli elmi-tədqiqat layihələrinin və tədbirlərinin qrantlar yolu ilə maliyyələşdirilməsi məqsədi ilə elan olunub.

EİF tərəfindən müsabiqə üzrə maliyyələşdirmənin ümumi həcmi 500.000 manat nəzərdə tutulub.
Müsabiqəyə fundamental-tətbiqi və axtarış-innovasiya xarakterli layihələr qəbul olunacaq. İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqənin və ekspertiza işinin keçirilməsinə təşkilati dəstək göstərəcək.

Müsabiqədə Azərbaycan Milli Elmlər Akademiyasının institutu və təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, qeyri-hökumət təşkilatlarından, sənaye ilə əlaqəli qurumlardan alim və mütəxəssislər, eləcə də fərdi yolla alimlər iştirak edə bilərlər. Fondun hazırda yerinə yetirilən digər layihələrində iştirak edən layihə rəhbərləri və icraçıları “Sənaye qrantı” müsabiqəsinə qatıla bilməzlər.

Sənədlərin qəbulu oktyabrın 28-dən noyabrın 28-i saat 17:00-a qədər aparılacaq. Bu müddətdə qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədi ilə məsləhət seminarları keçiriləcək.
Müsabiqənin nəticələrinin dekabrda açıqlanması planlaşdırılır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm