Bizimkilər İranda “Fokus-mokus” göstərdi - FOTO
Bizi izləyin

Tabloid.az

Bizimkilər İranda “Fokus-mokus” göstərdi - FOTO

Bakı Uşaq Teatrı İran İslam Respublikasından qayıdıb. Bu barədə Publika.az-a teatrın direktoru İntiqam Soltan məlumat verib. İranın Mərivan şəhərində keçirilən “IX Beynəlxalq Meydan Tamaşaları Festivalı”nda Bakı Uşaq Teatrı “Fokus-mokus” meydan tamaşası ilə çıxış edib.

Festival boyu ümumilikdə 35 meydan tamaşası nümayiş olunub.

Azərbaycanlı aktyorlara gəlincə, maraqlı süjeti ilə hər kəsi təccübləndiriblər. Belə ki, tamaşada toplaşan adamları görən 2 kloun onlarla əylənmək qərarına gəlir. Özlərini illüzionist kimi qələmə verirlər. Tamaşaçılardan birinin telefonunu alıb onunla fokus göstərməyə çalışırlar. Nəhayət, özləri bu işi yaxşı bilmədikləri qərarına gəlib səhnəyə peşəkar illüziyaçını çağırırlar. Və ona kömək etmək qərarına gəlirlər.


Böyük coşqu ilə keçirilən festivalda 4 ölkə qonaq qismində iştirak edib – Azərbaycan, Niderland, İraq və Ermənistan.

Teatr daha bir neçə festivala dəvət alıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm