Köhnə teleaparıcıdan təzə xəbər – ÖZƏL
Bizi izləyin

Tabloid.az

Köhnə teleaparıcıdan təzə xəbər – ÖZƏL

Tanınmış jurnalist Telli Pənahqızı yenidən efirlərdə görünəcək.

Publika.az-ın məlumatına görə, jurnalist telekanalların birində aparıcı kimi fəaliyyət göstərəcək. Özünün müəllif proqramını açmağa hazırlaşan T.Pənahqızının qonaqları heç də tanınmış şou əhli olmayacaq: “Efir yalnız müğənnilərdən ibarət deyil. Bölgələrimizdə, lap elə paytaxt Bakıda əlinin qabarı ilə uşaq tərbiyə edən atalar, on uşaq doğan analar var ki, onları heç kim tanımır. Mən belə insanları tanıtmaq və nümunə göstərmək istəyirəm”.

Heç də reytinq barədə düşünmədiyini deyən Telli Pənahqızı üçün əsas olan verilişinin səviyyəsidir: “Reytinq məni maraqlandırmır. 15 adam da baxsa, mənə bəsdir. Amma inanıram ki, verilişimin saatını gözləyən yüzlərlə insan olacaq”.

Jurnalist xanım “Mənim adamım” adlı həmin verilişin efirə nə vaxt gedəcəyini hələ ki açıqlamadı.

Qeyd edək ki, Telli Pənahqızı əmək fəaliyyətinə Dövlət Teleradio Verilişləri Şirkətinin gənclik redaksiyasında kiçik redaktor, redaktor kimi başlayıb. “Günün ekranı” redaksiyasında şöbə müdiri, baş redaktorun müavini, informasiya xidməti üzrə sədr müavini, ikinci proqram üzrə baş proqram direktorunun müavini vəzifələrində çalışıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm