TÜRKSOY 2014-cü ili “Məhtimqulu ili” elan etdi
Bizi izləyin

Tabloid.az

TÜRKSOY 2014-cü ili “Məhtimqulu ili” elan etdi

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən (TÜRKSOY) Ankara Dövlət Rəsm və Heykəl Muzeyində təşkil olunmuş mərasimdə 2014-cü il görkəmli türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 290 illik yubileyi münasibətilə “Məhtimqulu ili” elan edilib.

Mərasimdə çıxış edən təşkilatın baş katibi Düsen Kaseinov bildirmişdir ki, TÜRKSOY əvvəlki illəri görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadə və qazax bəstəkarı Mukan Tolebayevə ithaf etmişdir. Bu layihənin məqsədi türk dünyası mədəniyyətini dünyada təbliğ etməkdir.

Türkmənistanın mədəniyyət naziri Qonça Mamedova, Türkiyə Prezidenti Aparatının baş katibi Mustafa İsen və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Əbdürəhman Arıcı Məhtimqulu Fəraqinin həyat və yaradıcılığından danışmış, onu türkmən ulusunun ən böyük mütəfəkkiri kimi dəyərləndiriblər.

Mərasimdə professorlar Annaqurban Aşırova, Əbdürəhman Güzel və Mələk Ərdəm Məhtimqulu yaradıcılığı haqqında məruzələr təqdim ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm