Aybəniz Haşımova: “Bu məsələdə qızım mənə oxşayıb”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Aybəniz Haşımova: “Bu məsələdə qızım mənə oxşayıb”- FOTOLAR

Əməkdar artist Aybəniz Haşımova Türkiyəyə getdi.

Publika.az-ın məlumatına görə, müğənni xanım, qızı Aynişana baş çəkmək üçün qardaş ölkəyə səfər edib.

Anasını gül-çiçəklə qarşılayan Aynişan sevincinin həddi-hüdudu olmadığını deyib.

Aybəniz Haşımovaya gəlincə, səfəröncəsi Publika.az-a danışaraq ayda bir neçə dəfə qızını yoluxmaq üçün Türkiyəyə getdiyini bildirib. Aynişansız ona Bakıda çox çətin olduğunu deyib: “Aynişansız çox darıxıram, buna görə də ayda bir neçə dəfə onun yanına gedirəm. Qızımın təhsili mənim üçün çox önəmlidir. Anam hər zaman bizə deyərdi ki, qızın mütləq təhsil alması vacibdir. Buna görə də mən oxudum, təhsil aldım və bir neçə diplomum var. Bu məsələdə Aynişan da mənə oxşayıb. Təhsilini davam etdirməyi çox istəyir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm