Zaur: “Məleykəyə dedim ki, xəstəyik...”
Bizi izləyin

Tabloid.az

Zaur: “Məleykəyə dedim ki, xəstəyik...”

Xalq artisti Məleykə Əsədovanın Xəzər Televiziyasının efirində yayımlanan “5/5” verilişində aparıcı Zaur Kamalın ona ünvanladığı suallara “Sən ruhən xəstəsən” deyə cavab verdiyi barədə mətbuatda xəbərlər dolaşıb. Yazılanlara görə, M.Əsədova “İllərlə qazandığın hörməti bir anda necə itirə bilərsən” sualına münasibət bildirərkən belə deyib.

Publika.az-a açıqlama verən Zaur Kamal isə yazılanların doğru olmadığını bildirib: “Əslində, mənim Məleykə Əsədova ilə çox yaxşı münasibətim var, yazılanlar yalandır. O heç vaxt mənə belə bir söz deməz. Sadəcə olaraq, Məleykə xanım verilişə gələrkən xəstə idi. Qrip olmuşdu. Mən də xəstə idim. Onun yanında əyləşdim və aktrisaya atmaca atdım ki, sən də xəstəsən, mən də, xəstə xəstənin yanında oturar. Onun da bu sözdən xoşu gəlmədi, qayıtdı ki, niyə mənə belə deyirsən. Yoxsa ki, "Məleykə xanım Zaura ruhən xəstəsən" deyib xəbəri yalandır”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm