• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Moskva kinofestivalının “Tullantılar”dan xoşu gəldi

Moskva kinofestivalının “Tullantılar”dan xoşu gəldi

34-cü Moskva Beynəlxalq Kinofestivalı sona çatıb.

Publika.az xəbər verir ki, müsabiqəyə 17 film təqdim edilib. Moskva Beynəlxalq Kinofestivalının “Qızıl Georgiy” mükafatı britaniyalı rejissor filminə təqdim olunub. Meksika filmi “İstifadə müddəti” isə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

Andrey Proşkin “Orda” filminə görə “Ən yaxşı rejissor” adını qazanıb. “Ən yaxşı aktrisa” nominasiyasına isə həmin filmin baş rol ifaçısı Roza Xayrullina layiq görülüb. “Ən yaxşı aktyor” nominasiyasında mükafat “Tullantılar” filminin britaniyalı aktyoru Eddi Marsana təqdim edilib.

Bu il Moskva Beynəlxalq Festivalının açılışı Sergey Minaevin əsəri əsasında rejissor Roman Prıqunov tərəfindən çəkilmiş “Duxless” filmi ilə olub. Festivala dünyaşöhrətli ulduzlar: Şarlotta Remplinq, Piter Qrinuey, İştvan Sabo, Tim Börton və Katrin Denyöv qatılıblar. Katrin Denyöv K.S.Stanislavskiy məktəbinin prinsiplərinə sadiq qalan və aktyorluq sənətinin zirvəsini fəth edənlərə təqdim olunan “Konstantin Stanislavskiy.İnanıram!” mükafatına layiq görülüb. Fransız aktrisa festivalın qapanış filmi olan Kristof Onorenin “Sevgililər” dramını tamaşaçılara təqdim eləyib. Filmdə aktrisa qızı Kyara Mastroyanniylə birgə çəkilib.

Bu il əsas müsabiqənin münsiflər heyətinə braziliyalı rejissor, ssenarist və prodüsser Ektor Babenko, rusiyalı rejissor Sergey Loban, italyan prodüsser Adriana Kyeza di Palma, bolqar teatr və kino rejissoru Yavor Qordıyev və aktyor, rejissor, ssenarist, prodüsser Jan-Mark Barr daxil olublar.

Laureatların tam siyahısı:

“Qızıl Georgiy” ən yaxşı film
“Tullantılar”

Jüri xüsusi mükafatı “Gümüş Georgiy”
“İstifadə müddəti”

Ən yaxşı rejissor işinə görə “Gümüş Georgiy” mükafatı
Andrey Proşkin – “Orda”

Ən yaxşı kişi roluna görə “Gümüş Georgiy” mükafatı
Eddi Marsan – “Tullantılar”

Ən yaxşı qadın roluna görə “Gümüş Georgiy” mükafatı
Roza Xayrullina – “Orda”

“Perspektivlər” müsabiqəndə ən yaxşı filminə görə “Gümüş Georgiy” mükafatı
“Dağıdıcılar”

Sənədli film müsabiqəsində ən yaxşı film nominasiyasında “Gümüş Georgiy” mükafatı
“Şuqermanın axtarışında”

Ən yaxşı qısametrajlı film
“Beyin sentrifuqası” layihəsi

Dünya kinematoqrafına qatqılarından dolayı mükafat
Tim Börton

K.S.Stanislavski məktəbi prinsiplərinə sadiq qaldığı və aktyorluq sənətinin zirvələrini fəth elədiyinə görə mükafat
Katrin Denyöv

Tamaşaçı simpatiyası mükafatı
“Şahanə qonaq”

FIPRESCI beynəlxalq tənqidçilər mükafatı
“Bütün polislər əclafdılar”

Rusiya kinotənqidçiləri mükafatı
“Bütün polislər əclafdılar”

Rusiya kinoklub federasiyaları mükafatı
“Bütün polislər əclafdılar”

Sahilə
Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR