"Azərbaycan seriallarının heç birini bəyənmirəm"
Bizi izləyin

Tabloid.az

"Azərbaycan seriallarının heç birini bəyənmirəm"

Publika. Az-a açıqlama verən Murat, yenidən Türkiyəyə qayıdacağını söyləyib. Yaradıcılğından danışan aktyor azərbaycanlı sənətçilərdən incidiyini də dilə gətirib. O, arzularını ürəyində qoyan əməkdar artistdən söz açıb.


Murat Fətullayev Bakıda onu incidən müğənnidən və söz-söhbətlərdən danışıb: "Uzun zamandır ki, Türkiyədə idim. Azərbaycana gəzmək üçün gəlmişəm. Azərbaycan müğənniləri məni incitdiklərinə görə, burada heç bir iş görmək fikrim yoxdur.

"Maqazin nömrə 1" adlı layihəmi ərsəyə gətirmək istədim. Ancaq əməkdar artistimiz işlərimə maneçilik törətdi. Buna səbəb isə sözügedən layihədə mənimlə birgə aparıcılıq etmək istəyirdi. Onun aparıcı olmasına razı olmadım. Çünki yaşı münasib deyildi. Eyni zamanda da nəzərimdə başqa xanımı tutmuşdum. O xanım da mənim dostum idi. Əməkdar artistimizin mənimlə birgə verilişi aparmaması “Maqazin nömrə 1” adlı layihəmin baş tutmamasına gətirib çıxartdı. Həmin an anladım ki, şou-biznesdə olan ifaçıların əksəriyyəti paxıldır. O zamandan fikirləşirəm ki, Azərbaycandan kənarda olsam yaxşıdır. Bundan sonra Azərbaycanda nəsə etmək fikrim yoxdur" o deyib.

M.Fətullayev deyib ki, hələ o İstanbulda olarkən bəzi azərbaycanlı müğənnilər onun qonağı olublar. "Maqazin nömrə 1" adlı verilişin ərsəyə gəlməsində əllərindən gələni edəcəklərinə söz veriblər. Amma...

"O insanlar sözlərinin üstündə durmadılar. Layihələrimi reallaşdırmaq istədikdə, onlar mənə imkan vermədilər. Bəziləri düşünməsinlər ki, Türkiyəni Azərbaycandan üstün tuturam. Ancaq ürəyimdə qalan layihəmi Türkiyədə həyata keçirəcəyəm" - gileyli aktyor deyib.

Murat onu da qeyd edib ki, Azərbaycandan ona kinoya çəkilmək təklifi də gəlibmiş: "Qəbul etmədim. Buna səbəb, Azərbaycanda yüksəksəviyyəli texnikanın olmamasıdır. Azərbaycan seriallarının heç birini bəyənmirəm. Bütün bunlara baxmayaraq, vətənimi çox sevirəm. Buyaxınlarda Türkiyəyə qayıdacağam. Ancaq yenidən Bakıya qayıtmaq fikrim var. İş üçün yox, sırf gəzməyə görə gələcəyəm”.

Murat Fətullayev yeniliklərindən danışaraq Türkiyənin məşhur aktyorları ilə Kıbrısda eyni serialda rol alacağını xüsusilə vurğulayıb: “Bu yaxınlarda yeni filmə çəkiləcəyəm. Çəkilişləri Kıbrısda olacaq. Sözügedən seriala Türkiyənin tanınmış aktyorları da çəkiləcək”, - deyə M. Fətullayev fikirlərini tamamalayıb.

Dəniz
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm