“Bütün polislər əclafdılar” filmi mükafatlandırıldı
Bizi izləyin

Tabloid.az

“Bütün polislər əclafdılar” filmi mükafatlandırıldı

Moskva kinofestivalının Beynəlxalq kino mətbuatı Federasiyasının münsiflər heyəti italyan rejissor Stefano Sollimanın “Bütün polislər əclafdılar” filmini mükafata layiq görüb. Publika.Az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə iyunun 30-da təşkil olunan mətbuat konfransında münsiflər heyətinin sədri Dyerd Karpati məlumat verib.


Bundan başqa, film rus kinotənqidçilərinin və Rusiya Kinoklublar Federasının münsiflər heyətlərinin də mükafatlarına layiq görülüb. Sollimanın filmi Romadakı kütləvi iğtişaşları qəddarlıqla dağıdan xüsusi təyinatlı polis dəstələrindən bəhs eləyir.

Filmin adı olan bu sloqan XX əsrdə Böyük Britaniyada yaranıb və məşhur həbsxana döyməsi olub. Daha sonra isə küçə qeyri-rəsmilərinin: skinhedlərin, futbol xuliqanlarının, anarxistlərin sloqanına çevrilib. Sloqanın rus versiyasını art-qrup “Voyna” öz aksiyalarında istifadə edib.

“Tamaşaçi simpatiyası” mükafatı başqa bir italyan filmi olan, türk rejissor Ferzan Özpeteyin “Şahanə qonaq” filminə təqdim olunub. “NETPAC”ın mükafatı isə Andrey Proşkinin “Orda” filminə verilib.
Moskva kinofestivalının əsas mükafatları bu gün axşam bağlanış mərasimində təqdim ediləcək. Əsas müsabiqənin münsiflər heyətinə braziliyalı rejissor Ektor Babenko başçılıq eləyir.

Sahilə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm