• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Səxavət Nur: “Nə qədər asta gəlsə yaxşıdır” - BEŞMƏRTƏBƏ

Səxavət Nur: “Nə qədər asta gəlsə yaxşıdır” - BEŞMƏRTƏBƏ

Publika.Az-ın "Beşmərtəbə" layihəsinin qonağı tele-aparıcı Səxavət Nurdur.

Dəyişmək istərdinizmi?

1. İllərin sürətini...

- Hə. Hərdən mənə elə gəlir illər əvvəlkinə nəsbətən daha sürətli keçir...

2. Çevrənizi...

- Hə. Məni daha çox anlayan və anlaşa biləcəyim insanları arzu edirəm.

3. Adınızı...

- Yox. Nənəmin yadigarıdır...

4. Yaşınızı...

- Qətiyyən. Hər yaşın öz gözəlliyi var.

5. Bədəninizi...

- Hə. Çox yeyib həmişə formada qala biləcək bir bədən istərdim.

Görüşməyi arzulardınızmı?

1. Yadplanetlilərlə...

- Hə. Uşaqlıqdan arzulamışam ki, gəlib məni öz planetlərinə aparsınlar.

2. İlk sevginizlə (ilk sevdiyinizlə)...

- Yox. Onun xəyalımda əvvəl olduğu kimi qalmasını arzulayıram.

3. Məhəmməd Füzuli ilə...

- Hə. Şərqin və dünyanın bu müdrik insanı ilə kim görüşmək istəməzdi ki?

4. Vanqa nənə ilə...

- Yox. Həyatımın qalan hissəsini də onun proqnozlarına görə vahimələnmək istəməzdim.

5. İlk insan olan Adəmlə...

- Hə. Onun şərəfinə oğlumu adlandırmışam.

Darıxırsızmı?

1. Uşaqlığınız üçün...

- Hə. Ən qayğısız və saf çağlarım idi.

2. Uzaq bir yer üçün...

- Hə. Hərdən mənə elə gəlir ki, heç vaxt olmadığım yer daha yaxşıdır.

3. Dünyasını dəyişmiş kimsədən ötrü...

- Hə. Nənəmdən ötrü .

4. Gələcəyi gözləməkdən...

- Yox. Gələcək nə qədər asta gəlsə yaxşıdır.

5. Bəzən səbəbsiz...

- Hə. Bəzən nə üçün darıxdığımı bilmədən darıxıram.

Oxuya bilirsizmi?

1. Hər gün kitab...

- Yox. Ayda bir dəfə vaxt tapıram.

2. Hər səhər qəzet...

- Yox. Buna vaxtım olmur.

3. Elektron material...

- Hə. Hər gün işə bu cür başlayıram.

4. Mahnı...

- Hə. Hərdən tək olanda öz səsimə aşiq oluram.

5. İnsanları üzündən...

- Hə. Allah hər kəsin daxilini üzündə yazıb.

İnanırsızmı?

1. Sevdiyinizə yüz faiz...

- Hə. İnanmasan sevmək olmaz.

2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...

- Yox. Nə qədər ki, bəşəriyyəti insan və nəfsi idarə edir “xoşbəxt bəşəriyyət” utopiya olacaq.

3. Allaha...

- Hə. Ondan başqa her kəs və hər şey fani və müvəqqətidir.

4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...

-Yox. İnsanlara inamım azdır.

5. “Siz hamıdan yaxşı adamsınız” sözünə...

- Hə. Əminəm ki, pis insan deyiləm.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR