Əməkdar artistdən yanğınsöndürənlərə sürpriz - MARAQLI
Bizi izləyin

Tabloid.az

Əməkdar artistdən yanğınsöndürənlərə sürpriz - MARAQLI

Əməkdar artist Publika.Az-a açıqlamasında bildirib ki, bu layihəyə insanların təhlükəsizliyi baxımından yanaşır.


“Yanğınsöndürənlərimiz hər dəqiqə iş başındadırlar. Onlar çətin, məsuliyyətli işlə məşğul olurlar, hətta onların arasında iş vaxtı həlak olanları da var. Mən də bunu nəzərə alıb, onların qarşısında yeni mahnılarımla çıxış etməyə qərar verdim. Açıq havada təşkil olunacaq konsert proqramında tamaşaçıların əksəriyyəti yanğınsöndürənlər olacaq. Konsertdə rok-pop musiqi janrlarında yazdığım yeni mahnılar və əlbəttə ki, yanğınsöndürənlərə həsr etdiyim mahnıları səsləndirəcəyəm.

Konsertin səhnəsinin layihəsini də hazırlamışıq. Səhnə yanğınsöndürən maşınları və xüsusi vasitələrlə tərtib olunacaq. Yəni ki, səhnədə yanğın, alov olacaq. Bir sözlə, konsert zamanı hər şey gözlənilir”, - E.Seyidcahan deyib.

Əməkdar artist onu da qeyd edib ki, konsertdə geyinəcəyi paltarların stilisti bacısı Lalə Seyidcahana məxsusdur. O, yanğınsöndürən geyimində olacağını söylədi.

Qeyd edək ki, E.Seyidcahan konsert proqramını avqust ayında keçirməyi planlaşdırır.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm