Fəxriyyə Xələfova Astanada eksklüziv geyimlərini nümayiş etdirəcək
Bizi izləyin

Tabloid.az

Fəxriyyə Xələfova Astanada eksklüziv geyimlərini nümayiş etdirəcək

Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova eksklüziv geyim kollesiyasını nümayiş etdirmək üçün Qazaxıstanın paytaxtı Astanaya dəvət olunub. Bu barədə Publika.Az-a əməkdar incəsənət xadimi özü məlumat verib. F.Xələfova bildirib ki, iyulun 6-da Astana gününə həsr olunan təntənəli konsert proqramı keçiriləcək.


“Belə böyük və mühüm tədbirdə iştirak etmək üçün dəvəti məmnuniyyətlə qəbul etdim. Bu, Azərbaycanın mədəni irsinin və kolleksiyanın milli xarakterini nümayiş etdirmək üçün bir imkandır. Tədbir zamanı eksklüziv geyim kolleksiya ilə yanaşı, hazırladığım kişi ətirləri kolleksiyasını da təqdim edəcəyəm. İlk təqdimat Astanada keçiriləcək. Bir neçə paltarlar nadir ipək parçalardan istifadə olunaraq, əl ilə toxunub və ixtisaslı sənətkarlar tərəfindən boyalarla rənglənib. Geyimlərim hazırlanmasında dekorativ tətbiqi incəsənətin unikal texnikasından və milli naxışlardan istifadə olunub. Ona görə də, bəzi geyimləri sənət əsəri hesab etmək olar”, - F.Xələfova deyib.

Modelyer onu da qeyd edib ki, bu formatda son kolleksiyasını 2005-ci ildə Misirin paytaxtı Qahirə şəhərində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində təqdim edib.

Məlumat üçün bildirək ki, bu il Astana türk dünyasının mədəniyyət paytaxtı statusunu əldə edib və bu məqsədlə möhtəşəm konsert proqramı hazırlayır. Konsertin moda hissəsinə TÜRKSOY-un aparıcı dizaynerləri cəlb olunub və onlar orijinal layihələri ilə çıxış edəcəklər. Konsert Qazaxıstanın və bir çox xarici ölkələrin aparıcı telekanallarında canlı yayımlanacaq.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm