Alim Qasımovun qızı görün Vyanada neylədi?
Bizi izləyin

Tabloid.az

Alim Qasımovun qızı görün Vyanada neylədi?

Əməkdar artisti Fərqanə Qasımova Vyanada təşkil olunan “Salam, Orient” (Salam, Şərq) festivalı çərçivəsində solo konsert proqramı ilə çıxış edib.


Publika.az-ın məlumatına görə, Vyananın mərkəzində yerləşən “Odeon” teatrında keçirilən konsertdən əvvəl çıxış edən festivalın təşkilatçısı və bədii rəhbəri Norbert Ehrlix rəhbərlik etdiyi festivalda Azərbaycan musiqisinin yenidən səslənməsindən məmnun olduğunu diqqətə çatdırıb.


Fərqanə Qasımova konsertdə “Dəli Kür” filmindən mahnı, “Dilkeş” təsnifi, “Bayatı-Şiraz” muğam dəstgahı, bəstəkar Emin Sabitoğlunun “Arzular” mahnısını, eləcə də Azərbaycan muğam musiqisinin digər incilərini səsləndirib. İfaçını tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, zərb alətində Cavidan Nəbiyev müşayiət ediblər.


Sonra konsertə xüsusi qonaq qismində qatılan Alim Qasımov tamaşaçıların təkidi və sürəkli alqışları ilə səhnəyə çıxıb və Fərqanə Qasımova ilə birgə eyni səhnəni bölüşüb.


Qeyd edək ki, Azərbaycan xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova Vyanaya səfərdən əvvəl “El Servantino” beynəlxalq festivalı çərçivəsində Meksikanın Mexiko, Merida, Qvadalaxara və Quanaxuato şəhərlərində konsert proqramları ilə çıxış ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm