• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu oğlan Macarıstandan “Qran-pri” gətirdi – FOTO

Bu oğlan Macarıstandan “Qran-pri” gətirdi – FOTO

Macarıstanın Balatonfüred şəhərində oktyabrın 27-dən başlayaraq, 3 günlük “Qızıl Payız” beynəlxalq musiqi festivalı keçirilib.


Publika.az-ın məlumatına görə, tədbirdə 10-dan artıq ölkənin – İsrail, Rusiya, Avstriya, Ukrayna, Macarıstan, Belarus və s. nümayəndələri iştirak edib.


Ümumilikdə 80 nəfərdən çox musiqiçinin qatıldığı festivalda bəstəkarlar, pianoçular və instrumental ifaçılar arasında müsabiqə keçirilib. Bəstəkarlar arasında keçirilən müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Milli Konservatoriyasının əməkdaşı Tural Məmmədli festivalın “Qran-pri” mükafatına layiq görülüb.


Mükafata layiq görülən “Tünd rənglərin parıltısı” əsərini fortepianoda T.Məmmədli, skripkada isə Məleykə Əhədzadə ifa edib. Azərbaycanın digər təmsilçisi, pianoçular müsabiqəsində iştirak etmiş Səbinə Mehdiyeva da fəxri kürsünün yüksək pilləsinə qalxıb və birinci yerə layiq görülüb.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR