• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İbrahim Tatlısəsin qızı xəstəxanalıq oldu - FOTO

İbrahim Tatlısəsin qızı xəstəxanalıq oldu - FOTO

İbrahim Tatlısəsin bu yaxınlarda boşandığı həyat yoldaşı Ayşəgül Yıldızdan olan qızı Elif Adanın qızdırması qalxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan təşvişə düşən Ayşəgül Yıldız qızını tez Acıbadəm Maslak xəstəxanasına aparıb. Həkimlər Elifi müayinə ediblər və ciddi bir şey olmadığını bildiriblər. Daha sonra qucağında qızı ilə xəstəxanadan çıxan Yıldız “qızımın biraz qızdırması var idi, amma indi yaxşıdır”, - deyib.

Elif Ada İbrahim Tatlısesə olan bənzərliyi ilə diqqət çəkib. Ayşəgül Yıldız da jurnalistlərə “qızım atasının kopyasıdır” deyərək bunu təsdiq edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR