Məşhur kinorejissor həbs olundu
Bizi izləyin

Tabloid.az

Məşhur kinorejissor həbs olundu

Kinorejissor Roman Polanski həbs olunub.

Onu Krakovda yaxalayıblar. Rejissor Polşa yəhudilərinin muzeyində iştirak etmək üçün gəlibmiş. Amma beynəlxalq axtarışda olduğundan polis onu saxlayıb. Rejissoru Varşava prokurorluğuna gətiriblər və burada Polanski ifadə verib.


Məsələ burasındadır ki, ABŞ hüquq mühafizə orqanları onu 36 il əvvəl bir yeniyetməni zorlamaqda ittiham edir.

Polşa prokurorluğu hələlik kinorejissoru ABŞ məhkəməsinə təqdim etmək niyyətində deyil. Amerika səfirliyinin əməkdaşları isə məhkəməyə Polanskinin həbsi ilə bağlı rəsmi müraciət göndəriblər.

Polanski Varşavadan çıxmayacağına və prokurorluq tələb edərsə, təkrar sorğu-sualda iştirak edəcəyinə dair vəd verib.

Rejissor həm də bildirib ki, Polşada öz statusunu müəyyənləşdirmək istəyir və işinin ekstradisiya olunmasında maraqlıdır. Bu səbəbdən də, məhkəmə Polanskinin həbsə alınması üçün əsas görməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm