ATV-də Almazın başına oyun açdılar – FOTOLAR
Bizi izləyin

Tabloid.az

ATV-də Almazın başına oyun açdılar – FOTOLAR

Əməkdar artist Almaz Ələsgərova ATV-də Dilarə Əliyevanın aparıcılığı ilə yayımlanan “Səs verməyin” verilişinin qonağı olub.

Publika.az xəbər verir ki, verilişin şərtlərinə əsasən, efir ərzində min SMS gələrsə, quraşdırılmış xüsusi qurğudan qonağın başına rəng və müxtəlif maddələr tökülür. Efir başlayandan hadisələr Ələsgərovanın xeyrinə cərəyan etsə də, sonda 1009 tamaşaçı müğənninin əleyhinə səs verib. Verilişin digər qonaqları aktyor Elməddin Cəfərov, müğənni Nadir Qafarzadə və proqramın aparıcısı Dilarə Əliyeva da buna görə tamaşaçıları qınayıblar. Dilarə Əliyeva isə çıxılmaz durumda qalaraq, efiri bu cümlələrlə tərk edib:

“Sizinlə sağollaşmaq üçün dürlü-dürlü cümlələr fikirləşmişdim. Baş verənlər sözlərimi yadımdan çıxardı. Heç olmasa, gələn dəfə səs verməyin”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm