Əcnəbilər ilandan qorxan Nadiri məsxərəyə qoydu
Bizi izləyin

Tabloid.az

Əcnəbilər ilandan qorxan Nadiri məsxərəyə qoydu

Xarici mətbuat verdiyi konsertlərindən yazmasa da, Nadirin ilandan qorxub qışqırmasına reaksiya verib.

Publika-az-ın məlumatına görə, Nadir özü bu barədə danışıb.

Müğənni az öncə “Fort Boyard”da ilandan qorxub qışqırdığına görə çox utandığını da deyib. Nadir həmin anda qorxub qışqırmasını ilanlarla bağlı fobiyası ilə izah edir: “Mən efirdə o halımı görəndə utandım. Fikirləşdim ki, necə olub elə səslər çıxarmışam. Ekstremal vəziyyətdə, görünür, çaşıb qalmışam. Mənim o görüntülərim hətta xarici mətbuatın da diqqətini çəkib. Xarici mətbuatda yazıblar ki, bir qafqazlı kişi ilandan qorxdu. Bəli, mən ilandan qorxuram. Əslində, heyvandan qorxmaq lazımdır. Burada ayıb heç nə yoxdur. Amma əsas odur ki, onlar insandan – bizdən qorxurlar”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm