Bakıda 5-ci Avropa Film Festivalının açılışı oldu – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bakıda 5-ci Avropa Film Festivalının açılışı oldu – FOTOLAR

Bakıda oktyabrın 30-da 5-ci Avropa Film Festivalının açılış mərasimi olub.

Publika.az-ın məlumatına görə, Avropa İttifaqı Nümayəndəliyi, Aİ-yə üzv ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və “Park Cinema”-nın dəstəyi ilə təşkil olunan festival mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədini daşıyır.


"Avropanın müxtəlifliyinə və onun zəngin mədəniyyətinə əsaslanmaq baxımından Avropa Film Festivalı təkrarolunmazdır", - deyə festival ərəfəsində Aİ səfiri Malena Mard deyib.


Avropa Film Festivalı proqramına 16 ölkədən (Avstriya, Belçika, Bolqarıstan Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallıq) və Azərbaycandan 16 filmin nümayişi daxildir.

Hər film həftəiçi ikinövbəli (16.00 və 18.00), həftə sonunda isə birnövbəli nümayiş olunacaq. Bütün filmlərə giriş sərbəstdir və bilet tələb olunmur. Festival noyabrın 9-dək davam edəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm