Müğənni təklifə “yox” dedi
Bizi izləyin

Tabloid.az

Müğənni təklifə “yox” dedi

"Başım qarışıqdır"

Bir müddətdir şou meydanında uzaq gəzən əməkdar artist Azərindən xəbər var.

Publika.az xəbər verir ki, yeni “Payız nəfəsi”adlı mahnı ifa etdiyini deyən xanım ifacı sözügedən mahnıya ekran həyatı da verəcəyini MUZ TV-ə açıqlamasında bildirib. İfaçı albom çıxarmaq istəmədiyini və Türkiyədə ona edilən duet təkliflərindən də söz açıb. Bir müddət Azərbaycanda qalıb önəmli layihələr reallaşdırmağı düşündüyünü söyləyən Azərin yenidən Türkiyəyə qayıdacağını da dilə gətirib. Əməkdar artist yenilikləri ilə bağlı belə söyləyir:

““Payız nəfəsi” adlanan mahnım rok üslubunda bir mahnıdır. Mart ayında bir çox konsertlər reallaşdıracağıq. Türkiyə və Avropa ölkələrini nəzərdə tutmuşuq. Klip çəkdirmək fikrim var, ancaq bu klip Türkiyədə çəkiləcək.

Türkiyədə klip çəkilişi üçün təklif almışam. Türk sənətçilərdən mənə duet oxumaqla bağlı təkliflər çox olub. Başım qarışıq olduğundan təklifləri dəyərləndirmədim”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm