• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Xanım müğənni gəlinlik geyindi – ÖZƏL FOTOLAR

Xanım müğənni gəlinlik geyindi – ÖZƏL FOTOLAR

Vur çatlasın, çal oynasın. Xanım sənətçi Arzu Mələk şou-biznes əhlini, sənətkarları, eləcə də yaxın dostlarını başına toplayıb, özünə təmtəraqlı ad günü mərasimi keçirdi.

Publika.az-ın da iştirak etdiyi həmin məclisdə tanınmış sənət adamları - xalq artisti Flora Kərimova, Zabit Nəbizadə, Teymur Mustafayev, Ədalət Şükürov, Nüşabə Ələsgərli, Manaf Ağayev, Aşıq Zülfiyyə, Bəturə Hüseynova, Xatirə İslam, Elxan Şirinov, Tacir Şahmalıoğlu, Təranə Qumral, Musa Musayev, Sadıq Zərbəliyev, Avtandil İsrafilov və başqaları oxudular, oynadılar, səbəbkarın ünvanına xoş sözlər söylədilər. Məclisdə qonaq olan tanınmış aktyorlarımız Arif Quliyev, Əjdər Həmidov, Füzuli Hüseynov, bəstəkar Mətanət Dadaşova da öz çıxışları ilə Arzu Mələyi təbrik yağışında “islatdılar”.

“Arzu Mələyi ona görə çox istəyirəm ki, o, gözəl sənətçi olmaqla bərabər, həm də mərd xanımdır. Eləcə də çox gözəldir. Gözəllər gözəldir”. Zərb ifaçısı, xalq artisti Sadıq Zərbəliyev səbəbkara kompliment etməkdən yorulmadı.

Ad günü gecəsi illər öncə çəkilmiş videolentlə başladı. Atasının Arzu Mələk haqqında söylədikləri məclis əhlini kövrəltdi: “Mən uşaqlarımın içərisində ən çox Arzunu istəmişəm. Arzu mənim ürəyimdir, ona ürəyim qurban”.

Bundan sonra sənətçinin anası qızı haqqında ürək sözlərini paylaşdı: “Arzunun prodüseri də, sponsoru da mənəm. Bunu hamı bilsin”.

Qeyd edək ki, Arzu Mələk ixtisasca hüquqşünasdır, ad günü tədbirində hüquqşünas dostları və tələbə yoldaşları da onu tək qoymadı.

Ən maraqlı məqam isə səbəbkarın məclisdə bəyaz gəlinlik libası geyinməsi idi. Hər kəs əvvəlcə çaşıb qaldı. Elə bildilər ki, Arzu Mələyin doğum günü yox, toy mərasimidir. Bu məsələyə Arzu xanım belə aydınlıq gətirdi: “Mən ömrümdə bir dəfə də olsun özümə ad günü keçirməmişəm. Bu, həyatımda qeyd etdiyim ilk ad günümdür. Sadəcə, ad günlərimi qeyd etməyə heç vaxt marağım olmayıb. İndən belə də heç vaxt ad günü keçirməyəcəyəm. Buna görə də istədim qeyd etdiyim ilk və son ad günü mərasimimdə bəyaz don geyinim”.

Səbəbkara edilən hədiyyələr barədə də xəbər tutduq. Gül-çiçək dəstələri göz qabağındaydı. Amma onu da öyrəndik ki, əksər qonaqlar Arzu Mələyə pul hədiyyə ediblər.

Cəvahir Səlimqızı

Fotalar müəllifindir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR