Türkiyənin məşhur müğənnisi Bakıda konsert verdi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verdi – FOTOLAR

Azərbaycanda fəaliyyət göstərən məşhur türk opera ifaçısı Oya Ergün “Fairmont Hotel Baku”də Türkiyənin cümhuriyyətinin elan edilməsinin 91 illiyi münasibətilə Bakı Söhbət Toplantıları Klubunun (BST) təşkil etdiyi ziyafət gecəsində konsert proqramı ilə çıxış edib.

Publika.az-ın məlumatına görə, Ergünü konsertində yaxın dostu, Türkiyəli ifaçı Engin Atalay da tək qoymayıb. Belə ki, konsert zamanı Oya Ergün müğənni dostu Engin Atalayla duet şəklində Türkiyənin və Azərbaycanın xalq mahnılarını ifa ediblər. Coşqu ilə keçən mərasimdə sənətçilər həm də skripkada ifa edərək dinləyiciləri heyran qoyublar.

Onu da deyək ki, konsertdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Kiprin Azərbaycandakı səfiri Sadettin Topukçu, Türkiyənin Azərbaycandakı ictimai xadimləri və iş adamları iştirak ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm