“Sehrli xalat”ı geyinmək üçün Bakıya gələcəklər - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Sehrli xalat”ı geyinmək üçün Bakıya gələcəklər - FOTOLAR

Noyabrın 5-də Nizami Kino Mərkəzində bir neçə nəslin sevimli ekran əsəri olan, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyi qeyd olunacaq.


Kinostudiyadan Publika.az-a bildirilib ki, yubiley axşamında filmdə çəkilmiş qüdrətli sənətkarlar yad ediləcək, çəkilişlərlə bağlı maraqlı hadisələrdən danışılacaq. Filmdəki rol alan aktyorlardan xaricdə yaşayan bir neçə nəfər, o cümlədən baş qəhrəman Azər Qurbanov yubileydə iştirak etmək üçün Bakıya gələcək.


“Sehrli xalat” filmi ilə bağlı tədqiqat işinin müəllifi rusiyalı kinoşünas Andrey Vyatkin maraqlı fikirlərini bölüşəcək.

Filmin rejissoru Əlisəttar Atakişiyev, operatoru Teyyub Axundov, rəssamı Məmməd Hüseynov, Cəbrayıl Əzimov, bəstəkarı Arif Məlikovdur. Əsas rollarda Azər Qurbanov (Rəşid), Solmaz Hətəmova (Zərifə), Kolya Loginov (Petya), Yusif Şeyxov (Eldar), Əliağa Ağayev (Xan), Anatoli Falkoviç (İo Kio) çəkiliblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm