• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Xalq artisti bir qadının qolları arasında – ÖZƏL FOTO

Xalq artisti bir qadının qolları arasında – ÖZƏL FOTO

Xalq artisti, tanınmış aktyor Arif Quliyev şou-biznes nümayəndələrinin bir məclisində Publika.az-ın kamerasına tuş gəlib.

Aktyor bir xanımla rəqs etdiyi yerdə görüntülənib. Xanımı qucaqlayıb, onunla rəqs edən xalq artisti əlini də dinc qoymayıb. Rəqsdən sonra Publika.az-ın “Qorxmursunuz xanımınız xəbər tutar?” sualına özünəməxsus yumorla belə cavab verib: “Evdə televizorumuz işləmir. Həm də arvadın belə işlərimdən heç vaxt xəbəri olmur. Bir də ki, haradan xəbər tutacaq? Xəbər tutsa da, işin içindən quru çıxıram. Zarafat edirəm, o, məni yaxşı tanıyır. Heç vaxt qısqanclıqları ilə məni yormayıb. Belə olmasaydı, 35 il mənimlə bərabər yaşamazdı. Gözəl xanımlarla rəqs eləmək qəbahətdir bəyəm?”

“Bəs deyirdiniz ürəyiniz xəstədir, evdən bayıra çıxa bilmirsiniz, amma ortalıqdan çıxmırsınız” zarafatımıza da zarafatla cavab aldıq: “Belə gözəlin qucağında adamın ürəyi xəstə olar? Xəstə-zad deyiləm, mənə böhtan atmayın”.

Cəvahir

Foto: Müəllif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR