“Azərbaycan-Macarıstan mətbəxi” kitabının təqdimatı olub
Bizi izləyin

Tabloid.az

“Azərbaycan-Macarıstan mətbəxi” kitabının təqdimatı olub

Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Macarıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə çap olunan “Azərbaycan-Macarıstan mətbəxi” kitabının təqdimatı olub.

Publika.az xəbbər verir ki, kitabın təqdimatı ilə bağlı keçirilən mərasimdə Azərbaycan ilə Macarıstan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdiyi bildirilib.

Heydər Əliyev Fondunun beynəlxalq layihələr çərçivəsində Macarıstanda da bir sıra layihələr reallaşdırdığı qeyd olunub. Bu il bu ölkədə əlil uşaqlar üçün yeni reabilitasiya korpusunun təməlinin qoyulduğu vurğulandı.

Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Səfir deib ki, Azərbaycan və macar dillərində işıq üzü görən nəşrdə hər iki xalqa məxsus milli yeməklər, zəngin mətbəx nümunələri barədə ətraflı məlumatlar verilir.

Azərbaycan mətbəxinə böyük sevgi ilə yanaşdığını deyən diplomat, bu sevginin onu ölkəmizə daha çox bağladığını deyib.

Səfir kitabın hazırlanmasında böyük dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Tədbirdə ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto qonaqlara macar mətbəxi nümunələrinin dadına baxmağı tövsiyə edib.

Azərbaycana beşinci dəfədir ki, səfər etdiyini deyən nazir bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr dinamik inkişaf edir. Ölkələrimizi və xalqlarımızı dostluq münasibətləri bağlayır, bir çox ortaq xüsusiyyətlərimiz var və bu, sevindirici haldır. Macarıstanlı nazir kitabın nəşrini iki ölkə arasında olan dostluq əlaqələrinə töhfə kimi dəyərləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm