Azərbaycanlı müğənni tərəf müqabili ilə eşq yaşayır – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənni tərəf müqabili ilə eşq yaşayır – FOTOLAR

Müğənni Vüsalə Rəcovanın “Sevməyi öyrəndim” klipində tərəf müqabili ilə olan sevgi münasibəti həyatda da alovlanıb.

Cütlüyün iki həftə öncə baş tutan sözügedən klipinin təqdimatı zamanı gözdən qaçmayan səmimi münasibətlərinin arxasında sevgi hisslərinin dayandığı bəlli olub. Bunu hər iki tərəf Publika.az-a təsdiqləyib.

V.Rəcovanın tərəf müqabili Qafur bəy klipdə etdiyi xəyanətin həyatda əsla təkrarlanmayacağını bildirib.

Qafurun sevgisinə qarşılıq verən sənətçi xanım da hisslərini etiraf edib.

“Təqdimatda mənə sevdiyim ağ gülləri gətirdi. Üzərində daşlarla adımın baş hərfi həkk olunmuşdu. O, hisslərini etiraf etdi. Atdığı hər addımda sevgi var və onunla olan dostluğum artıq sevgiyə çevrildi”, – deyən Vüsalə xanım həyatda qısqanc olduğunu da gizlətməyib.

Klipdə xəyanəti bağışlayan sənətçi həyatda bu addımı ata bilməyəcəyini də söyləyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm