Sofi Lorenin 57 ildir müzakirə olunan FOTOLARI
Bizi izləyin

Tabloid.az

Sofi Lorenin 57 ildir müzakirə olunan FOTOLARI

Hollivud tarixinin əfsanələrindən olan Sofi Loren 1957-ci ildə Beverly Hills küçəsində yerləşən “Hilton” hotelində çəkilən bir foto barədə danışıb.

“Entertainment Weekly”ə danışan Loren həmin fotoda digər məşhur aktrisa Ceyn Mensfildin sinəsinə diqqətlə baxmasına belə şərh verib:


“Bu fotoya baxın. Gözlərimi Mensfildin sinəsinə dikmişdim. Çünki sinəsinin uclarının boşqabıma dəyməsindən qorxurdum. Üzümdə belə o qorxunu görə bilərsiniz. Düşünürdüm ki, Jaynenin libasının içərisindəki hər şey masanın üzərinə yayılacaq”.

Qeyd edək ki, Sofi Lorenin xatirələri yer alan ”Yesterday, Today, Tomorrow: My Life” (“Dünən, Bu gün, Sabah: Mənim həyatım”) adlı kitab yaxın günlərdə satışa çıxarılacaq.

34 yaşında dünyasını dəyişən aktrisa Ceyn Mensfild 1950-ci illərdə Merilin Monroya əsas rəqib kimi göstərilirdi. Aktrisanın 1957-ci ildə rol aldığı "The Girl Can't Help It" (Bu qız başqa cür bacarmır”) və "Will Success Spoil Rock Hunter" (“Uğur Rok Hanteri dəyişəcəkmi?”) filmləri böyük şöhrət qazanmışdı. Xatırladaq ki, avtomobil qəzasında dünyasını dəyişən aktrisanın həyatı barədə bu gün də təzadlı informasiyalar yayılmaqdadır. O, Hollivud tarixinin tez parlayıb, tez də sönən ulduzlarından hesab edilir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm