• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

III Beynəlxalq Teatr Konfransına 40-dan çox ölkədən nümayəndə qatılacaq

III Beynəlxalq Teatr Konfransına 40-dan çox ölkədən nümayəndə qatılacaq

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə noyabrın 5-6-da Dövlət Musiqili Teatrında III Beynəlxalq Teatr Konfransı keçiriləcək.

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq təşkil edilən konfrans “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusuna həsr olunub.

Publika.az-ın məlumatına görə, buğun Dövlət Musiqili Teatrında keçirilən mətbuat konfransında beynəlxalq tədbirin gündəliyi, iştirakçıları, nəzərdə tutulan seminar və görüşlər barədə məlumat verilib.

Konfransda ilk olaraq mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək, ənənə halını alan beynəlxalq tədbirin əhəmiyyəti, teatr əlaqələrinin inkişafı haqqında danışıb. Bildirib ki, dünya teatr sənəti çevrəsində getdikсə daha böyük nüfuz qazanan, öz ətrafına yeni qurum və ölkələrin teatr təmsilçilərini toplayan konfransda dünya teatr prosesini düşündürən məsələlərə geniş yer verilir. Buna görə də hər növbəti tədbir iştirakçı sayının artmasına, eyni zamanda, müzakirə olunan mövzuların əhatə dairəsinə görə fərqlənir. Budəfəki konfransda 40-dan çox ölkədən 110-a yaxın məşhur teatr mütəxəssisinin, incəsənət xadiminin iştirakı gözlənilir.

Nazir müavini son illər Azərbaycan teatrının əldə etdiyi uğurlar, teatr sahəsinə dövlətin diqqət və qayğısı, bunun nəticəsi olaraq ardıcıl şəkildə reallaşan irimiqyaslı layihələr barədə də qısa məlumat verib. Vurğulayıb ki, teatrlarımızın beynəlxalq teatr mühitinə inteqrasiya imkanları ilbəil artır, ümumilikdə ölkəmizin mədəniyyət siyasətində teatrın təbliğatı işi əsas prioritetlərdən biri kimi önə çəkilir. Bunun nəticəsi olaraq Azərbaycan teatrla bağlı əsas beynəlxalq təşkilatlarda təmsil olunur, bu qurumların tribunalarında milli teatrımızın təmsilçiləri öz sözlərini deyir, fikirlərini bölüşürlər.

Ədalət Vəliyev beynəlxalq konfransda Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ), Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA), Beynəlxalq Teatr İnstitutu (İTİ), Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı (OİSTAT), Beynəlxalq Teatr Tədqiqatları Federasiyası (İFTR) kimi nüfuzlu təşkilatların rəhbər şəxslərinin iştirak edəcəyini, plenar iclaslarda müəyyən edilən mövzular üzrə nüfuzlu mütəxəssislərin məruzələrinin dinləniləcəyini diqqətə çatdırıb.

Sonra nazir müavini Ədalət Vəliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov, Beynəlxalq Uşaq Teatrları Festivalının direktoru Ayşa Rau (Hindistan), Litva Dövlət “Trimistra” Konsert və Nəfəs Alətləri Orkestrinin rəhbəri, Litva Musiqi və Teatr Akademiyasının professoru Devidas Staponkus (Litva) və ABŞ-dan olan teatr rəssamı İosif Yusupov dünya teatr prosesi, beynəlxalq teatr əlaqələrinin hazırkı vəziyyəti, müasir dünya teatrının qarşısında duran vəzifələr, beynəlxalq konfransların bu xüsusda rolu barədə jurnalistlərin suallarını cavablandırıblar.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR