Kukla Teatrından təqdirəlayiq addım
Bizi izləyin

Tabloid.az

Kukla Teatrından təqdirəlayiq addım

Noyabrın 6-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Ucalsın bayrağımız” adlı xeyriyyə tədbiri keçiriləcək.

Publika.az-ın məlumatına görə, teatrın Təhsil Nazirliyi ilə birgə reallaşdıracağı aksiyada Bakıda fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş internat məktəbləri, uşaq evləri və sağlamlığı məhdud uşaqlar üçün xüsusi tipli internat məktəblərindən 130-dan artıq uşaq iştirak edəcək. Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadlarının ifasında azyaşlı tamaşaçılar ilk olaraq “Şahın xudpəsənd oğlu” (müəllif Səidə Haqverdiyeva, rejissor Cəmilə Allahverdiyeva) adlı tamaşaya, ardınca isə “Ucalsın bayrağımız” adlı konsertə tamaşa etməklə həm əylənəcək, həm də bu xüsusi təqvimlə əlaqəli məlumat almış olacaqlar.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm