Fatiməni Hindistanda ağladan nə oldu? - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Fatiməni Hindistanda ağladan nə oldu? - FOTOLAR

Rəqqasə Fatimə Hindistanda keçirilən “Udbhav international Dance Carnival” festivalının ilk günündə çıxış edib.

Hazırda Hindistanda olan rəqqasə Publika.az-a bildirib ki, o, festivalın növbəti günündəki çıxışına hazırlaşır:

“İlk öncə deyim ki, Azərbaycan üçün çox darıxmışam. Bu, mənim Hindistana 3-cü səfərimdir. Festivalın ilk günündə çıxışımı geridə qoydum. Bu tədbirdə hər bir xalqın çıxışından öncə ölkə barəsində qısa videoçarx nümayiş olunur. Çıxışımdan öncə Azərbaycan haqqında hazırlanmış video-çarxı izləyəndə bir daha doğma vətənimlə qürur duydum. Bu hisslər sözlərlə ifadə olunmaz. Kövrəldim, göz yaşlarımı saxlaya bilmədim. Amma buna baxmayaraq, səhnəyə çıxıb, milli “Uzundərə” rəqsini təqdim etdim. Çox gözəl, maraqla qarşılandı. Qarşıda bizi festivalın növbəti günü gözləyir. Müsabiqənin qala gecəsində tələbəm Fatimə ilə hind rəqsini ifa etməyi də düşünürəm”.

“Göyçək” ləqəbli rəqqasə onu da əlavə edib ki, Hindistan mətbuatı onlara xüsusi maraq göstərir: “Hindistana gəldiyimiz gündən bütün media və televiziyalar bizimlə maraqlanır. Hətta bir neçə qəzetdə barəmizdə xəbər dərc ediblər. İnşallah, Bakıya qayıtdıqdan sonra festival barəsində daha geniş məlumat verəcəyəm”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm